Siyasət

Rusiya Qarabağ müharibəsində əlindən GƏLƏNİ ETDİ Kİ… – Erməni tərəfi SİRLƏRİ AÇDI

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan Qarabağdakı müharibə boyu rus həmkarı Sergey Şoyqu ilə daim əlaqə saxlayıb və bu da bir sıra son dərəcə vacib vəzifələrin həll edilməsinə imkan yaradıb.

Savash.org xəbər verir ki, bu barədə David Tonoyan “Mediamaks” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qarabağ müharibəsi zamanı Rusiya Ermənistanla bağlı müttəfiq öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni edib.

Tonoyan müharibə boyu rus həmkarı Sergey Şoyqu ilə daim təmasda olduğunu və gün ərzində onunla tez-tez bir neçə telefon danışığı apardığını söyləyib: “Məlum səbəblərdən detalları açıqlamayacağam, amma birmənalı şəkildə deyə bilərəm ki, davam edən müharibə şəraitində Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni edib”, – Tonoyan bildirib.

Xatırladaq ki, Tonoyan müharibə bitdikdən bir neçə gün sonra müdafiə naziri vəzifəsindən azad edilmişdi.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button