Dünya

Rusiya Prezidenti ABŞ-ın təşəbbüsü ilə keçirilən sammitdə iştirak etməyəcək

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizəyə dair keçiriləcək qlobal sammitə qatılmayacaq.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, V.Putinin həmin zirvə görüşündə iştirak etməklə bağlı planı yoxdur: “Rusiyanın tədbirdə iştirakı diplomatik kanallarla müəyyən ediləcək”.
Qeyd edək ki, sentyabrın 22-də ABŞ-ın sədrliyi ilə koronavirus pandemiyası ilə mübarizəyə dair qlobal sammit keçiriləcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button