Dünya

Rusiya MSK: Dumaya seçkilərdə Vahid Rusiya Partiyası liderdir

Rusiyanın Mərkəzi Seçki Komissiyasının protokolların 60,06 %-ini hesablamasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərdə federal dairə üzrə 47,16 %-lə liderliyini saxlayır.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Qeyd edilir ki, siyahıda ikinci yerdə 20,89 %-lə Rusiya Federasiyası Kommunist Partiyası, üçüncü yerdə 7,9 %-lə Rusiya Liberal Demokrat Partiyası qərarlaşıb.
İlkin məlumata görə, seçki siyahısındakı liderlərin ilk beşliyinə, 7,54 %-lə Ədalətli Rusiya Partiyası da düşüb, onu 5,77 % ilə “Yeni insanlar” izləyir.
Beləliklə, Dumaya 5 %-lik baryer aşan beş partiya keçir.
Qeyd edək ki, VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər dünən yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red) başa çatıb. İlkin rəsmi nəticələrdə də bildirilib ki, seçkilərdə Vahid Rusiya Partiyası lider olub.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 45 %-i ötüb.
Bugünlərdə Rusiyada həm də bələdiyyə seçkiləri keçirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button