Dünya

Rusiya Lvova aviazərbələr endirdi

Rusiya ordusu Lvov yaxınlığındakı Beynəlxalq Sülhün Müdafiəsi və Təhlükəsizlik Mərkəzinə (Yavorovski hərbi poliqonu) hava zərbəsi endirib. İlkin məlumata görə, səkkiz raket atılıb – bunu Lvov bölgə hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib.

Onun sözlərinə görə, aviazərbənin qurbanları barədə məlumat müəyyən edilir.

“İşğalçılar beynəlxalq sülhməramlılar və təhlükəsizlik mərkəzinə aviazərbələr endiriblər. İlkin məlumata görə, onlar 8 raket atıblar…”, – rəsmi qeyd edib.

Bundan əvvəl Lvovda hava həyəcanı elan edildiyi bildirilib. Qeyd olunur ki, rayon mərkəzində iki güclü partlayış səsi eşidilib.

Yerli deputat İqor Zinkeviç yazıb ki, partlayışlar Ukrayna hava hücumundan müdafiə sisteminin “Rusiya raketləri üzərində işinin” nəticəsidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button