İqtisadiyyat

Rusiya iyunda qaz hasilatını kəskin artırıb

Bu ilin iyun ayında Rusiya təbii və səmt qazın istehsalını keçən ilin eyni dövrünə nisbətən 22,6% artıraraq 58,8 mlrd. kubmetrə çatdırdı.
“APA-Economics” bu barədə TASS-a istinadən xəbər verir.
Rusiyanın Energetika Nazirliyi bunu daxili bazarın bərpası və xaricdə qaza olan tələbatın artması ilə izah edir.
“Rosstat”ın verdiyi məlumata görə, bu ilin ilk yarısında Rusiyada təbii qaz istehsalı 15% artaraq 337 mlrd. kubmetrə, səmt qazı istehsalı isə 1,1% artaraq 48,7 mlrd. kubmetrə çatıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button