Dünya
Rusiya ilə Ukrayna arasında hərbi əsirlər dəyişdirilib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi həyata keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna qarşılıqlı olaraq 86 hərbi əsiri təhvil veriblər.