Gündəm

Rusiya-Gürcüstan müharibəsinin 13-cü ili tamam olur

Bu gün Rusiyanın  Gürcüstana  qarşı  genişmiqyaslı hərbi  təcavüzünün  və sonradan Gürcüstanın  bölünməz  bölgələrinin-Abxaziya  və Tsxinvali bölgəsinin / Cənubi Osetiyanın qanunsuz işğalının 13 ili tamam olur.

Gürcüstanın Azərbaycandakı Səfirliyindən İstiqlal.az saytına daxil olan xəbərdə deyilir ki, bu hərəkət miqyasına və təsirinə görə görünməmiş bir addım idi. Tbilisi də daxil   olmaqla   Gürcüstanda   30-dan   çox   şəhər   və kənd   Rusiyanın   strateji bombardmançıları   və hərbi   təyyarələri   tərəfindən   bombalanıb: “Təcavüzkar tərəfindən kaset bombalar və digər qadağan edilmiş silahlardan istifadə edilib. Təcavüz nəticəsində yüzlərlə dinc sakin və hərbi qulluqçu öldürülüb və yaralanıb, minlərlə yerli  sakin, əvvəlki  etnik  təmizləmə dalğaları  zamanı  qovulmuş  yarım milyon qaçqın və köçkün sıralarına əlavə olunub. Rusiyanın Gürcüstana təcavüzünə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) tərəfindən hüquqi qiymət verilib və Rusiyanı, Abxaziya və Tsxinvali regionunun işğalı və təsirli nəzarəti həyata keçirən, 2008-ci ilin Avqust müharibəsi ərzində və sonraki  dövrdə, insan  hüquqlarının  kobud  şəkildə pozulmasından  məsul olan  bir dövlət kimi təsbit edib. Strasburq   məhkəməsi, Rusiyanın   Gürcüstanın   suverenliyini   və ərazi bütövlüyünü pozduğunu, AB-nin vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs sazişinə əməl etmədiyini və gürcülərə qarşı etnik təmizləmə apardığını təsdiqləyib”.

Gürcüstan  hakimiyyəti  və beynəlxalq  ictimaiyyət  Rusiya  Federasiyasını Gürcüstanın  beynəlxalq  səviyyədə tanınmış  sərhədləri  daxilində suverenliyinə və ərazi  bütövlüyünə hörmətlə yanaşmağa  və Gürcüstana  qarşı  hərbi  təcavüzünə-Abxaziya vəTsxinvali / Cənubi Osetiya bölgəsinin işğalına son qoymağa, AB-nin vasitəçiliyi  ilə12  avqust  2008-ci  ildə imzalanan  atəşkəs  razılaşmasını  yerinə yetirmək  üçün  öz  qoşunlarını  Gürcüstan ərazisindən  çıxarmağa və işğal  olunmuş ərazilərin müstəqilliyinin tanınmasından imtina etməyə çağırır. Gürcüstanın Abxaziya  və  Tsxinvali  bölgələrinin  qanunsuz  işğalı məqsədilə Rusiya  Federasiyasının  Gürcüstana  genişmiqyaslı  hərbi  müdaxiləsi zamanı şəhid olanların xatirəsini anmaq məqsədilə, bu gün axşam saatlarından 9 avqust səhər saatlarına qədər, Gürcüstanın Diplomatik nümayəndəliyin binasında Gürcüstanın dövlət bayrağı endiriləcək.

Səfirlik   fürsətdən   istifadə edərək   2008-ci   ilin   avqustunda   Rusiya-Gürcüstan müharibəsində həlak olanların ailələrin və yaxınlarına başsağlığı verir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button