İqtisadiyyat

“Rusiya Dəmir Yolları” yükdaşımaların coğrafiyasını Azərbaycana doğru dəyişir

“Rusiya Dəmir Yolları” (RDY) ASC dəmir yolu ilə yükdaşımaların coğrafiyasını dəyişir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktorunun birinci müavini Sergey Pavlov “TransRusiya” forumunda bildirib.

“İndi yük daşımalarının Qərbdən Şərqə, o cümlədən trans-Xəzər marşrutları – Qazaxıstan, Azərbaycan vasitəsilə cənuba doğru dəyişdiyini görürük. Bu, yeni çağırışdır və biz buna hazırıq”, – S.Pavlov deyib.

O, həmçinin qeyd edib ki, yüklərin yeni marşrutlara istiqamətləndirilməsi infrastrukturun daha da inkişaf etdirilməsini tələb edir, ona görə də şirkət şərq poliqonunun ötürücülük və daşıma qabiliyyətinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button