İqtisadiyyat

Rusiya Bankı uçot dərəcəsini 7,5%-dək artırıb

Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) Direktorlar Şurası bu gün keçirilən iclasda uçot faiz dərəcəsini 6,75%-dən 7,5%-ə artırılması ilə bağlı qərar qəbul edib. Bu, cari il ərzində ardıcıl olaraq altıncı artımdır.
“APA-Economics” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.
Rusiya Bankının proqnozuna əsasən, faiz artımından sonra onun orta səviyyəsinin oktyabrın 23-dən ilin sonunadək 7,5-7,7% səviyyəsində, gələn il isə 7,3-8,3% diapazonunda olacağı gözlənilir.
“2021-ci il yanvarın 1-dən oktyabrın 24-dək orta uçot dərəcənin 5,3% olcağaını nəzərə alaraq, 25 oktyabrdan cari ilin sonunadək onun 7,5-7,7% diapazonunda olacağı proqnozlaşdırılır”, – bakın məlumatında deyilir.
Nəticədə, cari ilin sonuna uçot dərəcəsinin ortaillik göstəricisi 5,7-5,8% təşkil edəcək.
Eyni zamanda, Rusiya Bankı 2022-ci ildə orta uçot dərəcəsi üzrə gözləntiləri 5-6%-dən 7,3-8,3%-ə, 2023-cü ildə 5,3-6,3%-dən 5,5-6,5%-ə yüksəldib, 2024-cü ildə isə proqnozu sabit saxlayıb – 5-6% səviyyəsində.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button