İqtisadiyyat

Rusiya Azərbaycandan idxal olunan 14 tona yaxın bibəri geri qaytarıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi karantin fitosanitar nəzarəti zamanı “FOOD LOGISTIC” MMC-nin müvəqqəti saxlanc anbarında yerləşən fitosanitar nəzarət postunda Azərbaycandan idxal olunan çəkisi 13,85 ton olan təzə bibərin müayinəsi zamanı Rusiya Federasiyası üçün karantin obyekti olan – qərb gülü tripsi (Frankliniella occidentalis Pergande) aşkarlanıb.

“Report” bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verir.

Məlumata görə, karantin obyektinin varlığı “Rosselxoznadzor”un tabeliyində olan “Ümumrusiya Bitki Karantini Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatının (FGBU “VNIIKR”) mütəxəssisləri tərəfindən aparılan laboratoriya müayinəsi ilə təsdiqlənib.

Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq, yoluxmuş bibər partiyası Azərbaycan Respublikasının ərazisində yükgöndərənə qaytarılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button