Mədəniyyət
Rusiya “Avroviziya” iştirakçılarına səs verə bilməyəcək

Mayın 10-da Turində başlayacaq “Avroviziya” mahnı müsabiqəsinin iştirakçılarına ruslar səs verə bilməyəcək.
Bu barədə yarışın təşkilatçıları məlumat verib.
Qeyd edək ki, fevral ayında Avropa Yayım Birliyi (EBU) Rusiyanın 2022-ci ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak edə bilməyəcəyini açıqlamışdı. Qərar təşkilatın “Ukraynada görünməmiş böhran”la bağlı “narahatlığı” ilə əlaqədar qəbul edilib.