Gündəm

Rusiya aviaşirkəti Soçi-Bakı reysi üzrə uçuşlar həyata keçirəcək

Rusiyanın “Azimut” aviaşirkəti mayın 9-dan etibarən Soçidən Azərbaycanın paytaxtı Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.

APA-Economics” aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçiriləcək: Soçidən (yerli vaxtla) uçuş saat 01:00-da, Bakıya eniş saat 03:50-də, əks istiqamətdə – Bakıdan uçuş saat 04:20-də, Soçiyə eniş saat 05:20-də.

Bundan əlavə, aviaşirkət iyun ayından etibarən Soçidən Bakıya uçuşların tezliyini artırmağı planlaşdırır. Hazırda Azərbaycanın paytaxtına uçuşlar Mineralnıye Vodıdan həyata keçirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button