İqtisadiyyat

Rusiya aviaşirkəti Azərbaycana yük daşımaları həyata keçirəcək

Rusiyanın “Volqa-Dnepr” yük aviaşirkəti 2022-ci ilin sonunadək bir sıra ölkələrə, o cümlədən Azərbaycana yük daşımaları həyata keçirəcək.

Trend-in məlumatına görə, bunu Moskva meriyasının Nəqliyyat və yol-nəqliyyat infrastrukturunun inkişafı departamentinin rəhbəri Maksim Liksutov deyib.

Onun sözlərinə görə, Moskva 2022-ci ilin sonunadək “Volqa-Dnepr” aviaşirkətini 130 milyon dollara yaxın məbləğdə sifarişlə təmin edəcək.

Qeyd olunub ki, aviaşirkət Çin, Hindistan, Türkiyə, Azərbaycan və bir sıra digər ölkələrə daşımalar həyata keçirəcək.

O bildirib ki, müaqvilə 2022-ci ilin sonunadək imzalanıb və ehtiyat hissələrindən əczaçılıq sənayesi üçün komponentlərə, uşaq mallarınadək 20 min tona yaxın yükü əhatə edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button