Gündəm

Rusiya atəşkəsə çağırıb-Azərbaycan razılaşıb

“Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilmişdir”. 

Azərbaycan Müdafiə Nazirliyinin (MN) iyulun 28-də səhər saat 10:37 radələrində yaydığı məlumatda belə deyilir.

Amma nazirlik Ermənistanı atəşkəsə əməl etməməkdə günahlandırır.

«Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir. »

Bu məlumata hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

İyulun 28-də Azərbaycan və Ermənistan qarşılıqlı məlumat yayaraq Kəlbəcər istiqamətində döyüşlərin getdiyini bildiriblər. Azərbaycan Müadfiə nazirliyi atəşkəsin pozulması nəticəsində iki hərbçisinin yaralandığını, Ermənistan isə 3 hərbçisinin öldüyünü, iki hərbçisinin yaralandığını açıqlayıb. Bundan sonra Rusiya tərəfləri atəşə çağırıb. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button