Dünya

Rumıniyada Yeni il üçün ekoloji şam ağacı hazırlanıb

Rumıniyanın Arad şəhərinin meydanlarından birində ekoloji cəhətdən təmiz şam ağacı quraşdırılıb. Yerli sənətkarlar ağacı budaqlardan və xüsusi parçalardan əl ilə düzəldiblər, onun bəzəyi isə təkrar emal olunmuş plastikdən hazırlanıb. Bu şam ağacını yaratmaq üçün heç bir ağaca zərər dəyməyib, budaqlar meşədən yığılıb.

Rumıniya Yeni il və Milad bayramlarını daha ekoloji edən ilk Avropa ölkəsi deyil. Məsələn, Amsterdamda indi evləri yalnız enerjiyə qənaət edən lampalarla bəzəmək olar. Praqada isə bayramlardan sonra qalan ağaclardan mebel istehsalı üçün istifadə olunur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button