İqtisadiyyat

Rumıniya Azərbaycanla təbii qaz üzrə uzunmüddətli əməkdaşlığa marağını ifadə edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə görüşüb.

Bunu Pərviz Şahbazov “Twitter” hesabında paylaşıb.

“Energetika naziri Virgil-Daniel Popesku Rumıniyanın Azərbaycanla təbii qaz üzrə uzunmüddətli əməkdaşlığa marağını ifadə edib”, – paylaşımda deyilir.

Qeyd edək ki, Rumıniya əvvəldən Cənub Qaz Dəhlizini dəstəkləyib və gələcək mərhələlərdə bu infrastrukturun bir hissəsi olmaqda və nəql olunacaq qaza çıxış əldə etməkdə maraqlıdır. Bununla bağlı, gələcəkdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində Bolqarıstan-Rumıniya interkonnektorunun inşa edilməsi planlaşdırılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button