Mədəniyyət

Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq

Bakı. Humay Ağacanova – Trend:
Bu gün bizim üçün əlamətdar gündür. Üzeyir Hacıbəylinin dünyaya göz açdığı günü Milli Musiqi Günü kimi qeyd edirik. Çox sevinirik ki, bu əlamətdar günü qeyd edərkən Qarabağımız, Şuşamız azaddır. Ali Baş Komandanımız və müzəffər ordumuz bizə bu sevinci bəxş edib. Şuşamıza ruhumuzu və mədəniyyətimizi qaytarmışıq.
Trend-in məlumatına görə, bu sözləri mədəniyyət naziri Aanr Kərimov Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Milli Musiqi Günü eyni zamanda Şuşada qeyd edilir:
“Görkəmli şəxsiyyətin və digər Qarabağlı mədəniyyət və incəsənət xadimlərinin ruhları şaddır ki, onlar öz mədəniyyətlərinə, torpaqlarına qovuşublar.

Ənənəvi olaraq beynəlxalq Üzeyir Hacıbəyli festivalı keçirilir və bu ildə o ənənəyə sadiq qalaraq, sentyabrn 18-dən 24-nə qədər ölkəmizin müxtəlif şəhərlərində – Şuşada, Gəncədə, Ağdamda Milli Musiqi Gününü qeyd edəcəyik.
Azərbaycan mədəniyyətini, Üzeyir Hacıbəyli mirasını, onun yaratdığı ölməz əsərləri həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə təbliğ edəcəyik.”

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button