İdman

Ronaldu 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vuracaq

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldu cari mövsümü titulsuz başa vuracaq.

“Report” xəbər verir ki, bu, “qırmızı şeytanlar”ın Premyer Liqanın XXXII turunda səfərdə “Everton”a 0:1 hesabı ilə uduzmasından sonra dəqiqləşib. Mankunyanlar bu məğlubiyyətlə çempionluq şansını itiriblər.

Hazırda 51 xalla 7-ci pillədə qərarlaşan komanda sona 7 tur qalmış lider “Mançester Siti”dən 22 xal geridədir.

Qeyd edək ki, Kriştianu Ronaldu klub səviyyəsində ilk titulunu 2006-cı ildə “Mançester Yunayted”in heyətində İngiltərə Liqa Kubokunu qazanmaqla əldə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button