İdman
Ronaldu əfsanəvi futbolçunun rekorduna çatıb

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldu Braziliya millisinin əfsanəvi oyunçusu Romarionun rekorduna çatıb.
37 yaşlı hücumçu buna “Brayton”u 2:0 hesabı ilə məğlub etdikləri XVIII turdan təxirə salınmış oyunda nail olub.
Görüşdə ilk qolun müəllifi olan təcrübəli forvard klub karyerasında 689-cu dəfə fərqlənib.
Ronaldu Portuqaliya “Sportinq”ində 5, “Mançester Yunayted”də 133, İspaniya “Real Madrid”ində 450, İtaliya “Yuventus”unda isə 101 çempionat qoluna imza atıb.