İdman

Ronaldonun İnstaqramdakı izləyici sayı 400 milyona çatdı

“Mançester Yunayted”in ulduz futbolçusu Kriştiano Ronaldo İnstaqramda 400 milyon izləyiciyə çatan ilk şəxs olub 

Qol.az xəbər verir ki, fevralın 5-də 37 yaşını qeyd edən portuqaliyalı hücumçu meydanda qırdığı rekordlardan başqa şəxsi həyatında da fərqli rekorda imza atıb.

2021-ci ilin sentyabr ayında 237 milyon izləyicisi olan Ronaldo, təxminən beş aydan sonra rekordunu yaxşılaşdırıb.

Qeyd edək ki, Ronaldodan sonra ən çox izləyiciyə sahib olan 308 milyonla model Kayli Cenner, üçüncü isə 306 milyonla PSJ-nin futbolçusu Lionel Messidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button