İdman

Ronaldo top zərbəsi ilə nəzarətçi qadını vurub

İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Kriştianu Ronaldo futbol üzrə Çempionlar Liqası matçından əvvəl isinmə hərəkətləri zamanı təsadüfən qadın stüartı topla vurub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “B24” yazıb.
Portuqaliya sosial şəbəkələrində yayılan videogörüntülərdən aydın olur ki, ayağından zərbə alan qadın yıxılıb və tibbi heyət ona yardım göstərib. Futbolçu qadının sağlamlığı üçün heç bir təhlükənin olmadığını dəqiqləşdirmək üçün özü də şəxsən ona yaxınlaşıb.
Üzrxahlıq əlaməti olaraq Ronaldo öz formasını qadın stüarta hədiyyə edib və üzr istəyib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button