İdman

Ronaldo “Mançester Yunayted”in baş məşqçisi postuna Zidanı məsləhət görüb

“Mançester Yunayted” baş məşqçi postunda dəyişikliyə gedə bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb komandanın cari mövsüm o qədər də parlaq nəticələr gösərməməsidir.
Rəhbərlik hazırkı çalışdırıcı Ole-Qunnar Sulşeri dəstəkləsə də, uğursuz çıxışın davamı təqdirində onunla yollarını ayıracaq. Artıq bu posta ilk namizəd də bəllidir. “Qırmızı şeytanlar” hücumçu Kriştiano Ronaldonun məsləhəti ilə Zinəddin Zidanla təmasa keçib.
Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada 14 xalla 6-cı pillədə qərarlaşır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button