İqtisadiyyat

Romanovlar evinin zinət əşyaları “Sotheby’s”də satışa çıxarılacaq

“Sotheby’s” hərrac evinin Cenevrədəki zərgərlik hərracının əsas lotu inqilab ərəfəsində Rusiyadan gizli şəkildə çıxarılmış Romanovlar evinin zinət əşyaları olacaq.
“APA-Economics”in məlumatına görə, bu barədə “Interfax” hərrac evinin mətbuat xidmətinə istinadən yazır.
“1917-ci ilin Oktyabr İnqilabı ərəfəsində Rusiyadan gizli olaraq çıxarılan və 300-500 min ABŞ dolları dəyərində olan sapfir və brilyantdan ibarət bir dəst broş və bir cüt sırğa “Sotheby’s”in Cenevrə hərraclarının əsas lotu olacaq”, – məlumatda deyilir.
Xatırladaq ki, hərraca çıxarılacaq broş və sırğaların İmperator II Nikolayın xalası knyaginya Mariya Pavlovnaya aid olduğu bildirilir. “Möhtəşəm zərgərlik və soylu zinət əşyaları” adlı hərrac noyabrın 10-da keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button