Dünya

Romada Baydenin kortejinin avtomobili qəzaya uğrayıb

İtaliyanın paytaxtı Romada ABŞ prezidenti Cozef Baydenin kortejinin avtomobili yol qəzasına düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib.
“Prezidentin kortejindən olan avtomobil Vatikandan Kvirinal sarayına yola düşərkən qəzaya düşüb. Ciddi xəsarət alan olmayıb. Bununla belə, ehtiyat tədbiri olaraq, tibb işçiləri avtomobildə olanları müayinə edir”, – Ağ Ev sözçüsü bildirib.
O, qəzaya uğrayan kortecin avtomobilində konkret kimin olduğunu açıqlamayıb.
Qeyd edək ki, Amerika lideri G20 sammitində iştirak etmək üçün İtaliyaya gəlib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button