İdman

“Roma” qapıçısını İngiltərəyə göndərib

İsveç millisinin qapıçısı Robin Olsen karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, İtaliya “Roma”sı qapıçını icarəyə göndərib.
Olsen “Şeffild Yunayred”də çıxış edəcək. Skandinaviyalı ötən mövsüm Premyer Liqanı tərk edən klubda bir il oynayacaq.
Robin 2018-ci ildə Danimarka “Kopenhagen”indən “Roma”ya transfer edilib. 9 milyona alınan qapıçının müqaviləsi 2022-ci ildə başa çatacaq.
Qeyd edək ki, Olsen ötən mövsüm “Everton”da icarədə olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button