Dünya

Robert Koçaryanın məhkəməsi noyabrda keçiriləcək

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryanın məhkəməsi noyabrın 2-dək təxirə salınıb.
“Report”un “Sputnik Armenia”ya istinadən xəbərinə görə, bu barədə hakim Anna Danibekyan məlumat verib.
Vəkil Armen Gevorqyan vəsatətinin rədd edilməsinə etirazını bildirib. O, formal olaraq prosesdə iştirak etmək istəmədiyini deyib və məhkəmə zalından çıxıb. Məhkəmə ona xəbərdarlıq edib.
Bundan sonra hakim Anna Danibekyan vəkilin iştirak etməməsi səbəbindən iclası təxirə salmaq qərarına gəlib.
Xatırladaq ki, R.Koçaryan külli miqdarda rüşvət almaqda ittiham olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button