Dünya

Rina Amiri: “Müsəlman xalqları əfqan qızlarının hüquqlarını müdafiə etməlidir”

 

ABŞ-ın Əfqanıstanın qadınları, qızları və insan haqları üzrə xüsusi nümayəndəsi Rina Amiri bildirib ki, müsəlmanların çoxluq təşkil etdiyi ölkələrin səfirləri iftar süfrəsində müsəlman dünyasının əfqan qadın və qızlarının hüquqlarını müdafiə etməsi ilə bağlı razılığa gəliblər.

“Tolo News” xəbər verir ki, Amirinin sözlərinə görə, qadınları işdən, qızları təhsildən məhrum etmək heç bir İslam ölkəsində gözə dəymir.

O, həmçinin deyib ki, Skandinaviya tərəfdaşları ilə Əfqanıstandakı problemləri, o cümlədən qızların məktəblərə qayıtmasına qadağa və həzaralara qarşı hücumları müzakirə edib: “Taliban”ı məktəbləri yenidən açmağa sövq etməkdə və bütün əfqanların, xüsusən də etnik və dini azlıqların müdafiəsini tələb etməkdə birliyin vacibliyi ilə razılaşdıq”.

Xatırladaq ki, “Taliban”ın qızların məktəbə getməsinə qadağa qoyulması ölkə daxilində və xaricdə sərt reaksiyalarla üzləşib.

Ötən aylarda bir sıra ölkələr, beynəlxalq təşkilatlar və dünyanın hər yerindən din xadimləri 7-12-ci siniflərdə oxuyan qızlar üçün məktəblərin yenidən açılmasını tələb ediblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button