İdman

Riad Rəfiyev: “Yeni baş məşqçidən gözləntilərimiz çoxdur”

“Böyük layihəmiz var. Yeni baş məşqçidən gözləntilərimiz çoxdur. Ona uğurlar arzu edirəm”.

Bunu “Sumqayıt”ın prezidenti Riad Rəfiyev komandanın yeni baş məşqçisi Aleksey Baqanın təqdimatı ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

Funksioner yeni baş məşqçinin qarşısına qoyulan hədəflərə də toxunub: “Mövsümün yarısı geridə qalıb, hazırda 7-ci sıradayıq. İlk “4-lük”lə xal fərqimiz az deyil. Bu mövsüm avrokuboklara vəsiqə qazanmaq hədəfi qoymaq düzgün olmaz. Məqsədimiz yaxşı komanda yaratmaq və gənclərə üstünlük verməkdir. Yaxşı materialımız var. Düzdür, hazırkı mövqeyimizlə razılaşmayacağıq. Kubokda da mübarizəni davam etdiririk. Çempionatda bacardığımız qədər irəliləmək, ölkə kubokunu da qazanmaq istəyirik. Gələn mövsümdən əsl “Sumqayıt”ı görəcəksiniz”.

Qeyd edək ki, “Sumqayıt” Aleksey baqa ilə 2,5 illik müqavilə bağlayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button