Mədəniyyət

Respublika Kinematoqrafçılar İttifaqı Rasim Ocaqov adına təqaüdü təqdim edib

Bakı. Trend:
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino və Televiziya fakultəsində Operator sənəti ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Trend-ə bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdə İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan, ailəsinin sosial-maddi durumu qənaətbəxş olmayan 4-cü kurs tələbəsi Mirzə Hüseynov layiq görülüb.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button