İqtisadiyyat

“Renault” çip çatışmazlığına görə istehsalın kəskin azalacağını gözləyir

Fransanın “Renault” avtomobil şirkəti qlobal mikroçip çatışmazlığı səbəbindən 2021-ci ildə istehsalın gözləniləndən daha çox azalacağını proqnozlaşdırır.
“APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, bununla belə, şirkət xərclərin azaldılması və avtomobillərin qiymətlərinin artırılması satışların azalmasının mənfi təsirini kompensasiya etməyə kömək edəcəyinə ümid edərək, illik mənfəət proqnozunu təsdiqləyib.
“Renault” bu il avtomobil istehsalının təxminən 500 min vahid azalacağını gözləyir, baxmayaraq ki, şirkət sentyabrın əvvəlində 220 minlik azalma proqnozlaşdırmışdı.
Avtomobil istehsalçısının cari ilin III rübündə gəliri illik müqayisədə 13,4% azalaraq 8,98 mlrd. avroya (10,4 mlrd. dollar), avtomobil satışları isə 22,3% azalıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button