İdman

“Real”a kuboklar üçün gəlmişdim” – Benzema

“Real”ın futbolçusu Kərim Benzema klubun bombardirləri sihasınıda 3-cü yerə yüksəlməsindən danışıb. 

Qol.az xəbər verir ki, 34 yaşlı hücumçu “Marca”ya açıqlamasında deyib:

“Alfredo Di Stefanonu geridə qoymaq xəyaldır. Çünki o, “Real”ın əfsanəsidir. Onun bir “Real” oyunçusu kimi təqdimat mərasimində məni necə qucaqladığını xatırlayıram. Alfredonun səviyyəsində olduğum üçün çox xoşbəxtəm və bu, mənə daha da yüksəlmək üçün güc verir. Onun mənə bu böyük klubda oynamaqdan həzz aldığını deməsini xatırlayıram. Komandada hər zaman fərq yaradan oyunçular olur, ancaq bunu təkbaşına edə bilməzsən. Komandam maksimum nəticə verirsə, o zaman bilirəm ki, mən də ən yaxşı futbolumu oynayıram. Bir-birimizə ehtiyacımız var. Hər gün çox işləyirəm. İndi həmişəkindən daha çox çalışıram. Bu qədər qol vuracağımı düşünməmişdim. Amma buraya kuboklar üçün gəlmişdim. Mən həmişə insanların yaddaşında qalmaq istəmişəm. Düşünürəm ki, düzgün yoldayam”.

Qeyd edək ki, Benzema Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab oyununda het-trik etməklə Madrid təmsilçisində vurduğu qolların sayını 309-a çatdırıb. O, beləliklə bombardirlər siyahısında klubun əfsanəfi oyunçusu Alfredo di Stefanonu geridə qoyaraq 3-cü yerə yüksəlib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button