İdman

“Real Madrid”in keçmiş futbolçusu rəqib oyunçunun həyatını xilas edib

Qətər çempionatının XIII tur matçında “Əl Rayyan” klubunun futbolçusu Xames Rodriges “Əl Vakra”nın müdafiəçisi Usman Kulibalinin həyatını xilas edib.

İspaniya “Real Madrid”inin sabiq yarımmüdafiəçisi ilk yarıda huşunu itirən malili oyunçunun köməyinə özünü hamıdan tez çatdırıb.

Kolumbiyalı legioner təcili yardım briqadası ilkin yardım göstərib. O, 32 yaşlı futbolçunun nəfəs ala bilməsinə kömək edib. Xəstəxanaya çatdırılan Kulibalinin hazırkı durumu sabit qiymətləndirilir. Onun ürəktutması keçirdiyi açıqlanıb.

Xatırladaq ki, Xames Rodriges “Əl Rayyan”da 2021-ci ilin sentyabrından çıxış edir. O, ötən mövsüm 7 oyunda 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button