Siyasət

Rauf Arifoğlu parlament seçkilərinə qatıldı: İqbal Ağazadəyə rəqib oldu

”Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu parlament seçkilərində iştirak edəcək.

Savash.org-un məlumatına görə, R.Arifoğlu bu barədə özünün ”Facebook” səhifəsində yazıb.

’’Parlament seçkilərində iştirak edirəm, seçicilərimi, media ictimaiyyətini və dostları dəstəyə səsləyirəm’’, – deyə qeyd edən baş redaktor namizədliyini 35 saylı Xətai 3-cü seçki dairəsindən irəli sürüb.

Qeyd edək ki, eyni dairədən ”Ümid” partiyasının sədri İqbal Ağazadə də namizədliyini irəli sürdüyünü açıqlayıb.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button