Cəmiyyət

Ramiz Mehdiyevin baldızı oğlu həbs edildi- DİN açıqlama verdi, məhkəmə qərar çıxardı

Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub. Lent.az xəbər verir ki, E.Əmirov ötən həftə “Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub.

Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. iddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş.

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Əldə etdiyimiz daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı da var.

Belə ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə E. Əmirov barəsində 30 sutka həbs qərarı çıxarılıb. 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button