Siyasət

Ramiz Mehdiyev müxalifətə keçmək istəsə… – Qəbul ediləcəkmi?

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin dünən yaydığı açıqlama gündəmə bomba kimi düşüb. AMEA prezidentinin bu dəfə kifayət qədər sərt və konkret danışması onun artıq müxalifətə keçməsi kimi dəyərləndirilib. 

Sosial şəbəkələrdə Ramiz Mehdiyev az qala müxalifət lideri kimi təqdim edilir. Bəs müxalifət liderləri nə düşünür? AMEA prezidentini müxalif siyasi fiqur kimi qəbul edirlərmi?

Müsavat başqanı Arif Hacılı Yenisabah.az-a açıqlamasında bildirib ki, baş verənlər hakimiyyətdaxili ziddiyyətlərdən qaynaqlanır və Ramiz Mehdiyevin müxalifətə keçdiyini düşünmək doğru deyil. “Baş verənlər hakimiyyətdaxili ziddiyyətlərin nəticəsidir. Ramiz Mehdiyev müxalifətə keçməyib, o, sadəcə özünü müdafiə edir. Dövlət başçısını onun ətrafında olan adamlardan müdafiə etmək xətti götürür və bugünkü hakimiyyətə özünün başqalarından daha sədaqətli və daha faydalı olduğunu nümayiş etdirməyə çalışır. Bu baxımdan, onun müxalifətə keçdiyini iddia etmək doğru deyil”, – deyə Müsavat başqanı bildirib.

Keçmiş səhiyyə naziri Əli İnsanov müxalifətə keçdiyini bəyan edəndə bu düşərgədən dəstək almışdı. Oxşar münasibət Ramiz Mehdiyevə də göstərilə bilərmi?

Arif Hacılı hesab edir ki, AMEA prezidenti və sabiq nazirlə bağlı baş verənlər fərqli sitaisyalardır. “Əli İnsanov 14 il ərzində həbsdə olmuş və bu illər ərzində özünü siyasi müxalifətçi kimi təqdim etməyə nail olmuş siyasətçidir. Eyni zamanda o əvvəlki illərdə fəaliyyəti ilə əlaqədar birbaşa açıqlamar verib. Ramiz Mehdiyev isə əksinə, bu hakimiyyətin qurulmasında rolunun olduğunu bəyan edir və bu, həqiqətdir. İndi bu sistem faktiki olaraq Ramiz Mehdiyevin özünü qurbana çevirib və indi onun özünün yaratdığı bir sistemdən şikayətlənməsi səmimi görünmür”, – deyə Müsavat başqanı vurğulayıb.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button