İdman

Rafiq Hüseynov: “Savadsız məşqçilər ucbatından ən yaxşı illərimi itirmişəm”

“Təəssüf ki, 2000-ci illərdən 2018-ci ilədək bir-birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm”.

“Report”un məlumatına görə, bunu Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov şəxsi instaqram hesabında yazıb.

82 kq çəki dərəcəsində üçqat Avropa çempionu adını qazanan 34 yaşlı pəhləvan bildirib ki, bütün güləş həyatı boyunca yalnız medal əldə etməyi yox, həm də tarixə düşməyi arzulayıb: “Heç fikirləşməzdim ki, bu yaşlarda adım tarixdə qalacaq və tarix yazan Azərbaycan güləşçiləri sırasına düşəcəyəm. Buna görə Allaha şükür edib qələbəmi müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Hamınıza mənə azarkeşlik etdiyiniz üçün təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatını 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub. Milli komanda üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb. Bu nəticə ilə milli komanda ümumi hesabda da çempion olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button