İqtisadiyyat

“Rabitəbank” sahibkarlığın dəstəyini davam etdirir

Ölkənin aparıcı banklarından biri “Rabitəbank” “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Fərmana əsasən beynəlxalq və yerli maliyyə strukturları ilə uğurlu əməkdaşlıq siyasəti yürüdür. Bank xüsusən Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı atılan addımlarda öz fəal mövqeyini sərgiləməkdədir.
Bu silsilə addımların davamı kimi “Rabitəbank” və İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə “Aqro İnvest və istehsalat” MMC – yeni karton-qutu fabrikinin açılış tədbiri baş tutub. Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədr müavini Arif Vəliməmmədov, “Rabitəbank”ın İdarə Heyətinin sədr müavini Orhan Gültekin iştirak edirdilər. Onlar sahibkarlara yaradılan şərait nəticəsində Azərbaycana idxal edilən məhsulların əvəzinə yerli istehsal hesabına ölkədən valyuta axının qarşısının alınması istiqamətində daha bir uğurlu layihəyə imza atıldığını məmnunluqla ifadə etdilər.
Qeyd edək ki, “Aqro İnvest və İstehsalat” MMC 2016-cı ildə təsis edilmiş və hal-hazırda ümumi işçilərinin sayı 120 nəfərə yaxındır. Yeni fabrikin açılması şirkətdə 40-a yaxın yeni işçilərin işə götürülməsinə şərait yaradacaq.
Qeyd edək ki, “Rabitəbank” yarandığı gündən intensiv şəkildə biznes kreditləri verir və biznes kreditləri bankın portfelinin 60%-ə qədərini təşkil edir. Pandemiya dövründə yaranmış durğunluğu aradan qaldırmaq və real sektorun inkişafına töhfə vermək üçün “Rabitəbank” dövlət fondları ilə sıx əməkdaşlıq edir və sürətli bankçılıq həlləri təklif edir. Biznes məhsulları ilə ətraflı tanış olmaq üçün qarşıdakı linkə keçid edə bilərsiniz – https://www.rabitabank.com/biznes.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button