İqtisadiyyat

“Rabitəbank” neftçilər üçün kampaniya keçirir

“Rabitəbank” 20 sentyabr Azərbaycan Neftçilərinin peşə bayramları münasibətilə fərdi istehlak krediti üçün endirimli fürsət təqdim edir.
20 sentyabr – 20 oktyabr aralığında davam edən kampaniya çərçivəsində 20 000 AZN-dək nağd pul krediti üçün heç bir sığorta haqqı tələb olunmayacaq. Kreditin müddəti 12 ayadək olduqda krediti komissiyasız və illik cəmi 15% ilə əldə etmək mümkün olacaq. Kreditin maksimal müddəti 36 ay təşkil edir. Neftçilər və neft-qaz sahəsində çalışan hər kəs bu fürsətdən faydalana bilər.
Kreditə müraciət üçün istənilən “Rabitəbank” filialına yaxınlaşa və ya bankın rəsmi saytından (www.rabitabank.com) və “Rabita Mobile” (http://rbt.az/rbm) tətbiqindən onlayn sifariş edə bilərsiniz.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button