İdman

Rəşad Sadıqov: “Son 2 turda rəqiblər bizə qarşı daha aqressivdir”

“Son 2 turda rəqiblər bizə qarşı daha aqressivdir”.

“Report”un məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVIII tur matçından sonra deyib.

40 yaşlı mütəxəssis bildirib ki, əvvəl digər komandalar onlara qarşı bu qədər hazırlaşmırdı: “Amma uşaqlara demişdim ki, hər şeyə hazır olun. Ağıllı oynayıb qələbə qazandıq. Hər oyuna maksimum dərəcədə hazırlaşırıq. Hər şeyi düzgün etmək istəyirik ki, nəticə yaxşı olsun”.

Sadıqov görüşün gərgin keçdiyini söyləyib: “Vacib qələbə qazandıq. Bu dəqiqə hər bir xal vacibdir. İlk 15-20 dəqiqədə külək bizə qarşı idi. Topla oynamaq və hücum etmək çətin idi. İkinci hissəyə isə daha yaxşı başladıq. Hər iki komandanın qol fürsətləri oldu. Sevindirici haldır ki, qalib gəldik”.

Onun sözlərinə görə, beynindəki bütün planları mətbuat konfransında açıqlaya bilməz: “Bu gün belə “11-liy”i görürdüm. Hamidu Keyta, əksinə, yaxşı oynadı. Qolda da xidməti var idi, özü də fərqlənə bilərdi. Hər şeyi danışa bilmirəm. Belə gördüm və qərar verdim”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button