İdman

Rəşad Sadıqov: “Daha iki transfer etmək istəyirik”

“İki futbolçu götürmək istəyirik. Bu, üç oyunçu da ola bilər”.

“Report”un məlumatına görə, bunu “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov deyib.

40 yaşlı mütəxəssis bildirib ki, yayda komandanı tam formalaşdıra bilmədiklərindən, heyətin geniş olması yaxşıdır.

Sadıqov Azərbaycan Premyer Liqasının XV tur matçında səfərdə “Keşlə” üzərində çox vacib qələbə qazandıqlarını vurğulayıb. Onun sözlərinə görə, qələbə komanda üçün ikiqat vacib olub: “Qarşılaşmadan əvvəl gərginlik var idi. İlk dəqiqələrdən topa nəzarət etmək istəyirdik. Qol epizodlarımız da oldu. Futbolçular son zərbələrdə inamsız idilər. İkinci yarıya ehtiyatlı başladıq. Rəqib standart vəziyyətlərdə bacarıqlıdır və istedadlı oyunçuları var. “Keşlə”ni gücdən salaraq hesabı artırmaq istəyirdik. İkinci qolu vurub matçın sonunu daha rahat keçirə bilərdik”.

Baş məşqçi əks-hücumda yaxalanmaqdan ehtiyat etdiklərini söyləyib: “Mövsümün əvvəlidir və fiziki cəhətdən tam hazır deyilik. Əsas odur ki, nəticə qazandıq. Hər futbolçumdan razıyam. Hamidu Keyta bizə bir qədər gec qoşulub. Hücum xəttimizə güc qatacağına inanıram. Oyunçularımızın hər biri bizim üçün dəyərlidir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button