Cəmiyyət

Rəşad Nəbiyev: “Elm-təhsil üçün vəsaitin bir neçə dəfə artırılması müzakirə olunur”

“Bu reallıqdır ki, Azərbaycan iqtisadiyyatı hələ də təbii resurslardan asılıdır”.

Bunu Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

“Azərbaycan hökumətinin bütün üzvləri inkişaf yolunun yalnız və yalnız qanunun aliliyindən, sağlam fəaliyyətdən, sabit infrastrukturun yaradılmasından keçdiyini görür. Son illər ölkədə atılan addımlar məhz bu məqsədlərə xidmət edir”, – deyə o, qeyd edib.

“Azərbaycanda elm və təhsilin inkişafına daha çox diqqət ayıra bilərik. Milli prioritetlərlə bağlı ölkə prezidentinin imzaladığı sərəncamla yaradılmış işçi qrupu çərçivəsində ən çox müzakirə olunan mövzu elm və təhsilə ayrılan vəsaitin bir neçə dəfə artırılmasıdır. Yaxın vaxtlarda həmin sənəd işıq üzü gördükdən sonra biz bunun şahidi olacağıq”, – deyə nazir əlavə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button