İqtisadiyyat

Rəşad Nəbiyev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasının Azərbaycandakı səfiri  Qo Minlə görüşüb.
“APA-Economics” xəbər verir ki, nazir bu barədə “Facebook” hesabında yazıb.
R. Nəbiyev bildirib ki, görüşdə Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin, tranzit marşrutu üzrə hərəkət edən Çin-Avropa yük ekspressinin effektivliyinin artırılması, eləcə də nəqliyyat sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
“Çin şirkətlərinin süni intellekt və böyük məlumatlar (big data) texnologiyaları sahəsindəki təcrübəsinin öyrənilməsi və həmin şirkətlərlə əməkdaşlığın qurulmasında maraqlıyıq”,- R.Nəbitev qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button