İqtisadiyyat

Rəqəmsal səhiyyə startapları ötən il 57,2 mlrd. dollar cəlb edib

Rəqəmsal səhiyyə startapları 2021-ci il ərzində pandemiya zamanı bu cür xidmətlərə tələbat hesabına rekord – 57,2 mlrd. ABŞ dolları məbləğində vəsait cəlb edib.

Bu barədə “CB Insights” şirkətinin hesabatında deyilir.

Qeyd olunur ki, 2020-ci illə müqayisədə cəlb edilən investisiyaların həcmi 79% artıb, investisiya əməliyyatlarının sayı isə 2 518-dən 2 930-a yüksəlib.

ABŞ-dakı startaplar keçən il ümumilikdə 37,9 mlrd. dollar vəsait cəlb edib ki, bu da əvvəlki illə müqayisədə 75% çoxdur. Ötən ilin təkcə IV rübündə yeni maliyyələşdirmə 10,8 mlrd. dollar təşkil edib. Dünyanın ikinci ən böyük bazarı olan Asiyada startaplar keçən il ümumilikdə 10,7 mlrd. dollar cəlb edə bilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button