Dünya

Qvineyada əvvəlki hökumət dövründə xidmət edən 44 hərbçi xidmətdən azad olunub

Qvineya hərbi rəhbərliyi ötən ay devrilmiş prezident Alfa Konde dövründə xidmət edən 40-dan çox general və admiralı ordudan uzaqlaşdırıb.
“Report” xəbər verir ki, bu barədə AFP Qvineyanın keçid dövrünün prezidenti polkovnik Mamadi Dumbuyanın fərmanına istinadən məlumat yayıb.
Məlumata görə, 42 general və 2 admiral iş stajına görə vəzifəsindən uzaqlaşdırılıb. Onların hamısı əvvəlki rəhbərlik dövründə əsas komandanlıqda çalışıblar.
Digər fərmanla işdən çıxarılan yüksək rütbəli hərbçilərdən 25-i milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi orqan olan Qvineya Ali Müdafiə Şurasına daxil edilib.
Xatırladaq ki, sentyabrın 5-də Qvineya ordusu ölkədə hakimiyyətin ələ keçirildiyini və ölkə prezidenti Alfa Kondenin həbs olunduğunu bildirib. Ordu daha sonra sərhədlərin bağlanması, hökumət və parlamentin buraxılması, konstitusiyanın dayandırılması ilə bağlı qərarlar qəbul edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button