Dünya

Qvineya Bisauda dövlət çevrilişi cəhdi nəticəsində ölənlər var

Qvineya Bisau Respublikasının paytaxtı Bissauda ötən gün baş verən dövlət çevrilişi cəhdi zamanı azı 6 nəfər ölüb.

“Report” DW-yə istinadən xəbər verir ki, ölkənin hərbi rəhbərliyi tərəfindən verilən məlumata görə, qiyamçıların prezident Umaro Sissoko Embalonu, baş nazir Nuno Nabiamı və bəzi nazirləri girov saxladıqları Hökumət Evində atışma nəticəsində həm qiyamçılar, həm də hərbçilər tərəfindən ölənlər olub.

Bundan sonra binaya gələn dəniz piyadaları ölkə rəhbərliyini azad edib. İqamətgahına qayıdan dövlət başçısı ötən gecə xalqa müraciət edərək qanuni hökumətin ölkəyə tam nəzarət etdiyini, bəzi qiyamçıların artıq tutulduğunu diqqətə çatdırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button