Cəmiyyət

Quterreş: “Vaksinlərin bölüşdürülməsi ilə bağlı bərabərsizlik yeni ştamların yayılmasına səbəb olur”

“Vaksinlərin bölüşdürülməsində “koordinasiyalı, bərabər yanaşma” olmadan heç bir ölkədə yoluxma sayını azalmaq mümkün olmayacaq”.
“Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
O deyib ki, vaksinlərin bölüşdürülməsindəki bərabərsizlik COVID-19-un yeni ştamlarının yayılmasına səbəb olur.
Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına görə, dünyada koronavirusa 240,6 milyondan çox yoluxma halı qeydə alınıb. Nəticədə, təxminən, 4,9 milyon insan vəfat edib. Ümumilikdə, dünya üzrə 6,6 milyard doza peyvənd tədarük edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button