İdman

Qurban Qurbanov: “AFFA-ya müraciət etdik, amma dedilər ki, oynayacaq”

“Milli komanda ilə bağlı heç bir fikrim yoxdur, hazırda bütün diqqətim “Qarabağ”la bağlıdır”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Səbail”ə 5:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXI tur oyunundan sonra deyib.

50 yaşlı mütəxəssis yığmanın düşərgəsindən zədəli qayıdan Bədavi Hüseynovun durumuna da toxunub: “Narahatlığı var idi. Milliyə getməsini istəməzdim. Bunu əvvəllər də demişəm ki, bəzi oyunçular yığmaya getməsələr, daha yaxşı olar. Amma belə hallarla çox rastlaşmışıq. Bəzən, anlaşmışıq, bəzən anlaşmamışıq”.

Qurbanov əvvəlcə U-21, daha sonra isə əsas yığmaya dəvət alan Rüstəm Əhmədzadə ilə bağlı AFFA-ya müraciət etdiklərini bildirib: “Bizimlə qalsaydı, daha yaxşı olardı. Çünki idman formasından uzaq idi. Koronavirusa yoluxduğu üçün xeyli geriləmişdi. Amma dedilər ki, oynayacaq. Yenə də hər şey qarşılıqlı razılıq əsasında oldu. Milli komandadır, üstlərinə çox gedə bilmərik. Sadəcə, fikirlərimizi bildiririk ki, həkimlər və məşqçilər bəzi məqamlarda diqqətli olsunlar. Bədavinin zədə alması normaldır. Belə şeylər çox olub. Mənim buna fikir bildirməyim düzgün deyil. İstənilən halda doğru tərəf milli komandadır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button