Siyasət

Qulamhüseyn Əlibəyli: Prezidentin bu qərarı təkcə Şuşa şəhərinin əsasını qoyulmasının 270 illik yubileyi ilə əlaqədar deyil…

2022-ci ilin “Şuşa ili” elan olunması tarixi, siyasi, və mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir”. Bu fikirləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin “Şuşa ili” elan olunması haqqında qərarını şərh edərkən bildirib.

Partiya sədrinin fikrincə, prezidentin bu qərarı təkcə Şuşa şəhərinin əsasını qoyulmasının 270 illik yubileyi ilə əlaqədar deyil. Təbii ki, 2022-ci il ərzində Şuşa şəhərinin salınmasının yubileyi təntənəli şəkildə qeyd ediləcək və bununla əlaqədar müxtəlif tədbirlər keçiriləcək.

Q.Əlibəyli daha sonra qeyd edib ki, bu qərar həm də Şuşa şəhərinin Qarabağın və bütövlükdə Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında oynadığı rolla bağlıdır.

Partiya sədri hesab edir ki, 2022-ci ilin “Şuşa ili” elan olunması işğaldan azad olunmuş ərazilərimizi abadlaşdırılması və yenidən qurulması işini sürətləndirən amil olacaq. Yəni il ərzində ölkəmizin mədəniyyət paytaxtı kimi Şuşa şəhərinin bərpası və yenidən qurulmasına xüsusi diqqət veriləcək və əlavə resurslar bu istiqamətə yönəldiləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button