Siyasət

Qulamhüseyn Əlibəyli: Hakimiyyət qiymətlərin ucuzlaşması ilə bağlı inzibati tədbirlər də görməlidir

“Unun və un məhsullarının, o cümlədən çörəyin bahalaşması yolverilməzdir və istər istəməz əhalinin həyat səviyyəsinə mənfi təsir göstərəcək. Digər ərzaq məhsullarının bahalaşmasını da nəzərə alsaq, bu ilk növbədə imkansız ailələrinin yaşayışına ağır zərbə vuracaq”.

Bu fikirləri İstiqlal.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli unun, çörəyin və digər ərzaq məhsullarının qiymətinin artması ilə əlaqədar bildirib.

Partiya sədri hesab edir ki, hakimiyyət qiymət artımının dayandırılması, qiymətlərin aşağı salınması üçün iqtisadi tədbirlərlə yanaşı inzibati tədbirlər də görməlidir. Əmək haqqı və pensiyaları elan olunmuş artımı qiymət artımını kompensasiya etmir. Hakimiyyət qiymət artımının dayandırılması üçün idxal rüsumunu aşağı sala, taxıl və un məhsullarının idxalını genişləndirmək üçün əlavə tədbirlər görə, idxalçıların zərərini kompensasiya edə və digər tədbirlər görə bilər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button