Siyasət

Qulamhüseyn Əlibəyli: Hər bir xalqın onu idarə edən hökumətə etiraz etmək haqqı var

“Hər bir xalqın onu idarə edən hökumətə, həmin hökumətin qərar və hərəkətlərinə etiraz etmək haqqı var”. Bu fikirləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Qazaxıstanda baş verən hadisələri şərh edərkən söyləyib. Partiya sədri qeyd edib ki, Qazaxstanda maye qazın qiymətinin qalxmasına dinc etiraz qazax xalqının haqqıdır.

Lakin dinc etirazın çox tezliklə və çox sürətlə silahlı kütləvi iğtişaşlara çevrilməsi, kütləvi qarət və zorakılıqlar, dovlət qurumlarının normal fəaliyyətinin pozulması, binalarının dağıdılması yolverilməzdir və istər-istəməz kənar müdaxilələrin olması fikirlərinə yol açır. Silahlı kütləvi iğtişaşların, kütləvi qarət və zorakılıqların xalqın dinc etiraz haqqı ilə heç bir əlaqəsi yoxdur.

Q. Əlibəyli daha sonra bildirib ki, Qazaxstanda baş verənlər barədə informasiyanın qıtlığı və tam olmaması hadisələrin dərin təhlili üçün çətinliklər yaradır. Qazaxıstanın güç strukturlarının silahlı iğtişaşlara, kütləvi qarət və zorakılıqlara müdaxilə etməməsi də əlavə şubhələr yaradır.

Hər bir halda Qazaxıstan hakimiyyəti silahlı iğtişaşları, kütləvi qarət və zorakılıqları törədənləri dinc etirazçılardan fərqləndirərək qanunsuz hərəkətlərin dayandırılmasını və qarşısının alınmasını təmin etməyə borcludur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button